EN

Bu yolda hərəkət məhdudlaşdırılır

Təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaqdır.

Bu barədə "Unikal"a AAYDA-dan bildirilib.

Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaqdır.

"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şossesindən istifadə edə bilərlər", - deyə qurumun açıqlamasında qeyd edilir. 

Chosen
13
unikal.az

1Sources