EN

Tərtərdə törədilmiş qətlin TƏFƏRRÜATI: Mübahisə avtomobil satışına görə başlayıb

Ötən gün Tərtərdə törədilən qətlin səbəbi və əlavə təfərrüat məlum olub.

"Yeni Sabah"  "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmkəndlisi, 1995-ci təvəllüdlü Səfixan Nağıyevin satışa çıxardığı "Niva" markalı avtomobili bir ay sonra pulunu ödəmək şərti ilə almaq istədiyini bildirib. S.Nağıyev isə avtomaşını nisyə satacağı halda pulunu ala bilməyəcəyini əsas gətirərək etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və N.Aslanov S.Nağıyevə bıçaqla xəsarət yetirib.

Həbs edilən N.Aslanov iki ay əvvəl azadlığa çıxıb.

Onlar aralarında yaranmış mübahisəyə son qoymaq məqsədilə rayon ərazisindəki kafelərdən birində görüşüblər. Bu zaman S.Nağıyev keçmiş mübahisəni əsas gətirərək N.Aslanova çoxsaylı bıçaq zərbələri vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Polis hadisəni törətməkdə şübhəli bilinən S.Nağıyevi saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Chosen
7
5
yenisabah.az

6Sources