Məlumatlara görə, "Qalatasaray"ın Osimen üçün 150 milyon avro qiymət təyin etməsi "Barselona"nı çıxılmaz vəziyyətdə qoyub. "İspaniya klubları ölkənin maliyyə qurumları tərəfindən ciddi təftiş olunduğu üçün "Barselona" bu məbləği şəffaf mənbələr hesabına təmin etməlidir. Buna görə də İspaniya klubu 5 futbolçusunu satışa çıxarıb. "Barselona" həmin futbolçuları satıb Viktor Osimenin almaq istəyir" - İspaniya mediası belə yazıb.