EN

"Beşiktaş" "Napoli"nin müdafiəçisi ilə danışıq aparır

"Beşiktaş" yayda heyətini “Napoli”nin müdafiəçisi ilə gücləndirməyi planlaşdırır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qara qartallar” “Napoli”nin futbolçusu Amir Rahmani ilə yaxından maraqlanır.

Kosovo milli komandasının futbolçusu “Beşiktaş”da oynamağı götür-qoy edir. O, özü də İstanbul klubunun formasını geyinmək niyyətindədir.

Rahmaninin “Napoli” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Təcrübəli futbolçu “Dreniça”, “Partizani”, “RNK Split”, “Dinamo”(Zaqreb), “Lokomotiva”, “Verona” komandalarının formasını geyinib.

 

saytlarin hazirlanmasi

Chosen
7
1
sportal.az

2Sources