EN

Salyanda yol qəzası olub, iki nəfər xəsarət alıb

Salyan rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı xəsarət alanlar Natəvan Adil Qızı Qardaşxanova və Nuranə Cabir Qızı Qardaşxanova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
32
34
yeniazerbaycan.com

10Sources