AZ

Salyanda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində qeydə alınıb. Qəza zamanı xəsarət alan 5 nəfər – R.Bədəlov, V.Bədəlova, H.Bədəlov, F. İsmayılov və E.Axundov dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rəsmi araşdırma aparılır.

Seçilən
2
3
unikal.az

10Mənbələr