Bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr olacaq.
Bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 13 aprel tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tarix: 13 Aprel 2026, 00:48