Albaniya Superliqasında 31-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi "Eqnatia" səfərdə "Tirana" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Əliyev meydana start heyətində çıxıb və sona qədər oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə alıb.
Bu nəticədən sonra "Eqnatia" 54 xalla 2-ci pillədə qərarlaşıb.