EN

Britaniya tarixində ilk: ölkədə doğulan şəxs vətəndaşlıqdan çıxarıldı

Böyük Britaniyada ilk dəfə ölkə ərazisində doğulmuş bir şəxs vətəndaşlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, qərar The Daily Mirror nəşrinin məlumatına əsasən, keçmiş polis əməkdaşı Mark Bullen barədə qəbul olunub.

Bildirilir ki, bu addım milli təhlükəsizliyə təhdid səbəbilə atılıb.

Məlumata görə, Bullen uzun müddətdir Rusiyada yaşayır, Rusiya vətəndaşlığı alıb və Sankt-Peterburqda fəaliyyət göstərir. Onun Zenit St Petersburg futbol klubu ilə əlaqələrinin olduğu qeyd edilir.

Həmçinin bildirilir ki, o, daha əvvəl Britaniya və Rusiya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq və mübadilə proqramlarında iştirak edib.

 

Musavat.com

Chosen
13
3
musavat.com

10Sources