EN

Haitidə basabas nəticəsində 25 nəfər ölüb

Haitinin şimalında tarixi Laferyer qalası yaxınlığında yaranan basabas nəticəsində 25 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə ölkənin Milli Polisinə istinadən "Associated Press" məlumat yayıb.

Polisin məlumatına görə, hadisə aprelin 11-də sitadelin kütləvi ziyarəti zamanı baş verib. Səlahiyyətlilər araşdırmanın davam etdiyini bildirib və vətəndaşları təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.

Yerli hakimiyyət orqanlarının qeyd etdiyinə görə, ilkin məlumata əsasən, faciəyə böyük insan sıxlığı və ziyarətçi axınının təşkilindəki nöqsanlar səbəb olub. Xəsarət alanların bir qismi xəstəxanalara çatdırılıb, bir neçə nəfər isə itkin düşmüş hesab olunur.

Haitinin Baş naziri Aliks Didye Fis-Eme həlak olanların və xəsarət alanların ailələrinə başsağlığı verib. Milo şəhəri yaxınlığında yerləşən Laferyer qalası YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxildir.

Chosen
39
far.az

1Sources