EN

Yer kürəsi üçün potensial təhlükə

Hazırda Yerə yaxın orbitlərdə təxminən 40 min asteroid müşahidə olunur.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutu məlumat yayıb.

Məlumata görə, Günəş sistemində ümumilikdə bir milyondan çox belə səma cismi kəşf edilib. Onların əksəriyyəti əsas asteroid qurşağında - Mars və Yupiterin orbitləri arasında yerləşir. Yerə yaxın asteroidlər ayrıca qrup kimi təsnif edilir və onlar nisbətən sürətlə aşkar olunur. Bu obyektlər müxtəlif ölçülərə malikdir və ən böyüklərinin diametri bir kilometrdən çoxdur.

Chosen
1
6
publika.az

8Sources