AZ

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

Bakı. Trend:

Hazırda Yerə yaxın orbitlərdə təxminən 40 min asteroid müşahidəolunur.

Trend-inməlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının TətbiqiAstronomiya İnstitutundan məlumat verilib.

Məlumata görə, Günəş sistemində ümumilikdə bir milyondan çoxbelə səma cismi kəşf edilib. Onların əksəriyyəti əsas asteroidqurşağında — Mars və Yupiterin orbitləri arasında yerləşir.

Qeyd olunub ki, Yerə yaxın asteroidlər ayrıca qrup kimi təsnifedilir və onlar nisbətən sürətlə aşkar olunur. Bu obyektlərmüxtəlif ölçülərə malikdir və ən böyüklərinin diametri birkilometrdən çoxdur.

Alimlər bildiriblər ki, bu asteroidlər arasında həyatlarıərzində azı bir dəfə Yerə yaxınlaşan və ya 7,5 milyon kilometrdənaz məsafəyə qədər yaxınlaşa biləcək potensial təhlükəli obyektlərdə var. Məsələn, diametri bir kilometrdən böyük olan 154 potensialtəhlükəli asteroid qeydə alınıb.

Məqalədə:
Seçilən
1
6
az.trend.az

7Mənbələr