EN

Bu ölkədə ilk dəfə qadın ordu komandanı təyin edildi

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Avstraliyada ölkə tarixində ilk dəfə olaraq qadın ordu komandanı vəzifəsinə təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze iyul ayından etibarən ölkə ordusuna ilk dəfə qadının - hazırda birləşmiş qüvvələrin rəisi vəzifəsində çalışan general-leytenant Syuzan Koylun rəhbərlik edəcəyini bildirib.

Avstraliya Baş nazirinin sözlərinə görə, o, quru qoşunlarının rəisi vəzifəsinə başlayaraq bu postda general-leytenant Saymon Stüartı əvəzləyəcək.

Avstraliyanın müdafiə naziri Riçard Marlz S.Koylun təyinatını dərin tarixi an adlandırıb. Onun sözlərinə görə, bu qərar həm Avstraliya Müdafiə Qüvvələrində artıq xidmət edən qadınlar, həm də gələcəkdə belə bir imkanı nəzərdən keçirənlər üçün böyük əhəmiyyət kəsb edəcək.

Qeyd olunur ki, bu təyinat Avstraliya silahlı qüvvələrinin qadın zabitlərin sayının artırılması səyləri, habelə orduda sistematik cinsi qısnama və ayrı-seçkilik ittihamları fonunda baş verib./Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
6
bakivaxti.az

8Sources