AZ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Avstraliyada ölkə tarixində ilk dəfə olaraq qadın ordu komandanı vəzifəsinə təyin edilib.

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albaneze iyul ayından etibarən ölkə ordusuna ilk dəfə qadının - hazırda birləşmiş qüvvələrin rəisi vəzifəsində çalışan general-leytenant Syuzan Koylun rəhbərlik edəcəyini bildirib.

Avstraliya Baş nazirinin sözlərinə görə, o, quru qoşunlarının rəisi vəzifəsinə başlayaraq bu postda general-leytenant Saymon Stüartı əvəzləyəcək.
 

Qeyd edək ki, ordu komandanı Avstraliyanın quru qoşunlarında ən yüksək zabit vəzifəsidir. Ölkənin müdafiə naziri Riçard Marlz isə  Syuzan Koylun təyinatını tarixi hadisə adlandırıb. 


Bu təyinat Avstraliya silahlı qüvvələrinin qadın zabitlərin sayının artırılması səyləri, habelə orduda sistematik cinsi qısnama və ayrı-seçkilik ittihamları fonunda baş verib.

Bizim.Media

Seçilən
0
6
bizim.media

8Mənbələr