Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın peykləri Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri göstərir.
Bu barədə AZƏRTAC-a müsahibəsində “Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov bildirib.
Y.Həsənov qeyd edib ki, hazırda qurum Afrikanın 39 ölkəsində fəaliyyət göstərir. Peyk xidmətləri qitənin 70 faizini əhatə edir və 100 milyondan çox ev təsərrüfatına çıxış imkanı yaradır.
Onun sözlərinə görə, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi məhz peyk xidmətlərinin ixracı hesabına formalaşır. Qurum xidmət sektoru üzrə ixrac həcminə görə həm dövlət, həm də qeyri-dövlət subyektləri arasında ön sıralarda qərarlaşıb.
Eyni zamanda, əlavə dəyər yaradan xidmətlərin inkişafı da prioritet istiqamətlərdəndir. Bu çərçivədə Bakı teleportunda beynəlxalq şirkətlərə məxsus 9 antenna fəaliyyət göstərir, daha 7 antenna isə layihələndirilib.
Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Şövqi Əzizov və Ceyhun Mustafayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.