Bakı. Trend:
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etməküçün bakalavrların ərizə qəbulu sabah saat 23:59-da bitəcək.
Trend Dövlətİmtahan Mərkəzinə istinadən xəbər verir ki, 13 aprel saat 09:15-əolan məlumata əsasən 13239 bakalavr ərizəsini təsdiq edib(Azərbaycan bölməsi - 12190; rus bölməsi - 1049).
2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştiraketmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdindəiştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabınaimtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytınınmüvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxilolmaqla qeydiyyatdan keçirlər.
İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyənbakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həminşəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində“Şəxsikabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizəvermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabınaəlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları iləepayment.dim.gov.az internet səhifəsində tanış olmaqmümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinədaxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur vətəsdiq edirlər (etdirirlər).
Qeyd edək ki, imtahan 2026-cı il mayın 17-də keçiriləcək.