PAÅžA Bank İlkin KütlÉ™vi TÉ™klif (IPO) abunÉ™ yazılışı 13 aprel – 12 may 2026-cı il tarixlÉ™rinÉ™dÉ™k davam edÉ™cÉ™k. Bunu PAÅžA Bankın İdarÉ™ heyÉ™tinin üzvü, baÅŸ maliyyÉ™ inzibatçısı Murad Süleymanov bildirib.
Onun sözlərinə görə, bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi adlı səhm investorlara təqdim olunur.
"Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir",- o vurğulayıb.
İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest, Unicapital və Leobank platformaları və mobil tətbiqlər vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.
Aytac