Bakı. Trend:
"PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsindəsəhmlərinin abunə yazılışına başlanılması ilə Azərbaycanda bazarkapitalizasiyasının ÜDM-ə nisbəti IPO ilə 4%-ə yaxınlaşacaq.
Trend xəbərverir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədriRuslan Xəlilov "PAŞA Bank"ın səhmlərinin satışının başlanmasınahəsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda listinqdə olan şirkətlərinbazar kapitalizasiyasının ümumi daxili məhsula (ÜDM) nisbəti birçox bençmark ölkələrlə müqayisədə aşağı səviyyədədir və 10%-dən az,təxminən 3%-ə yaxındır.
Ruslan Xəlilov qeyd edib ki, "PAŞA Bank"ın İlkin Kütləvi Təklif(IPO) çərçivəsində səhmlərinin abunə yazılışına başlanılması ilə bugöstəricinin təxminən 4%-ə yaxınlaşacağı gözlənilir. Onun fikrincə,bu artım mühüm və təqdirəlayiq göstəricidir.
BFB sədri əlavə edib ki, qurum yalnız "PAŞA Bank" və maliyyəsektorunun digər iştirakçıları ilə deyil, həm də potensialemitentlərlə aktiv şəkildə işləyir və onlara IPO prosesininüstünlükləri barədə məlumat verir.