EN

Trampdan şok açıqlama: Biz NATO-ya niyə pul ödəməliyik?

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO ölkələrinə göstərdiyi maliyyə dəstəyini tənqid edib.

Vətəninfo.az xəbər verir ki, aprelin 13-də jurnalistlərə açıqlama verən Tramp bildirib ki, ABŞ-ın NATO çərçivəsində müttəfiqlərə ayırdığı vəsaitlər həddindən artıqdır. Onun sözlərinə görə, bu xərclər xüsusilə Rusiyadan müdafiə məqsədi ilə əsaslandırılsa da, bu yanaşma artıq inandırıcı görünmür.

“Biz NATO-ya kömək etmək üçün trilyonlarla dollar xərcləmişik. Guya bizi Rusiyadan qorumaq üçün. Mən uzun müddətdir ki, bunun bir qədər gülünc olduğunu düşünürəm”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri həmçinin NATO-dakı mövcud vəziyyətdən narazılığını ifadə edərək, alyans daxilində maliyyə yükünün daha ədalətli bölüşdürülməsinin vacibliyini qeyd edib.

Chosen
19
1
veteninfo.az

2Sources