EN

ABŞ İran danışıqlarında uğursuzluq Təfərrüatlar ortaya çıxdı

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-İran danışıqlarında İran aktivlərinin dondurulmasının aradan qaldırılması ilə bağlı lazım olan məbləğ barədə fikir ayrılıqları yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ”X” sosial şəbəkə səhifəsində bildirib.

Jurnalistin sözlərinə görə, ABŞ-nin həmçinin özünün qırmızı xətlərini İranın uranın zənginləşdirilməsini dayandırması, bütün əsas zənginləşdirmə müəssisələrini ləğv etməsi və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi tələbi kimi gördüyünü bildirib.

Bundan əlavə, Vaşinqton Hörmüz boğazının rüsum almadan tam açılmasında tələb edir.

Qeyd edək ki, 11 apreldə ABŞ və İran Pakistanın vasitəçiliyi ilə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların qaldırılması və düşmənçilik əməliyyatlarına son qoyulması məsələlərini müzakirə etmək üçün danışıqlar aparıblar.

ABŞ vitse-prezidenti C.D. Vens ABŞ-nin qırmızı xətlərini aydın şəkildə göstərdiyini, lakin İranın Vaşinqtonun şərtləri ilə razılaşmadığını vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İsmayıl Bəqai də İran və ABŞ-nin iki və ya üç vacib məsələdə ortaq mövqeyə gələ bilmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
yeniavaz.com

2Sources