EN

Özünə inanmayan insanların tutunduğu fenomen , xilasedici obrazı... Ağ atlı şəhzadə kimdir? Video

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Siz də inanırsınızmı ki, bir gün, heç bir səy göstərmədən, mükəmməl bir insan gəlib sizi tapacaq? “Bir gün kimsə məni kəşf edəcək və mənə mükəmməl bir iş təklif edəcək”, “Bir gün oyanacağam və bütün yaşadıqlarım arxamda qalacaq və hər şey mükəmməl olacaq”, “Mükəmməl olmamalıyam, mükəmməl bir həyatım olmalı, mükəmməl bir insanla evlənməli və mükəmməl bir işdə çalışmalıyam. Və mən bütün bunlara o qədər layiqəm ki, onları əldə etmək üçün barmağımı belə qaldırmağa ehtiyac yoxdur”…

Bəzən əlindən heç bir iş gəlməyən, öz gücünə yaşaya bilməyən insanlar belə düşünür. Etiraf etmək lazımdır ki, dəyişiklik üçün əvvəlcə daxilə baxmaq və reallığı qəbul etmək lazımdır. Münasibətlər hər gün dəyişir, amma sabit qalan bir şey nağılların münasibətlərimizə təsiridir. Hekayələr dünyasında ağ atlı bir şahzadə gəlir, bizi şərin əlindən xilas edir və xoşbəxt yaşayırıq...

Bəs niyə ağ atlı şahzadəni gözləyirik?Ağ atlı bir şahzadəni gözləmək çarəsizlik əlamətidirmi?

Psixoloq Teodor Reykin deyirdi ki, ağ atlı şahzadəni gözləmək özünəinamın aşağı olması ilə əlaqəlidir. Psixoloq hesab edirdi ki, həyata dair aydın mövqeyi olmayan insanlar başqaları tərəfindən xilas ediləcəyini gözləyirlər. Onlar özünə hörmətlərini artırmaq və çətinliklərin öhdəsindən gəlmək üçün səy göstərmək əvəzinə, xilasedici gözləyirlər.  Sanki ağ atlı bir "fərd" gəlib onları xilas edəcək və rifaha çatdıracaq.

Niyə başqalarından asılı yaşamalıyıq? Əslində bu absurd bir həyat mövqeyidir. Bu, təkcə fərdə deyil, həm də cəmiyyətə təsir edir. Əslində qurtarılmağı gözləmək əvəzinə addım atıb, həyata sahib çıxmaq lazımdır. Düzdür, kiminsə yardımı olmadan bunu əldə etmək asan deyil, amma hər şeyi də başqalarından gözləmək olmaz. Belə olduğu halda bir də görəcəksiniz ki, illər keçib, nə “ağ atlı şahzadə”niz gəlib, nə də olduğunuz vəziyyətdən çıxa bilmisiniz. Odur ki, öz həyatınızı elə özünüz "xilas" edin...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources