EN

Avtomobil alarkən kondisioneri necə yoxlamalı? FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kondisioner müasir avtomobillərin vacib komfort elementi hesab edilir. Azərbaycan kimi isti ölkələrdə bu qurğunun düzgün işləməsi çox vacibdir. Bəs ikinci əl avtomobil alarkən kondisioneri necə yoxlamalı? 

Avtosfer.az xəbər verir ki, avtomobil kondisionerinin düzgün işlədiyini yoxlamaq üçün servisə getməyə lüzum yoxdur. Mühərrik işləyərkən kondisioneri qoşarkən rele kompressoru işə qoşur. Bu zaman kapotu açıq mühərrikdə spesifik çıqqıltı səsi gəlir. 

Yoxlama üçün maşının qapılarını bağlayıb kondisioneri ən aşağı temperaturda işlətmək lazımdır. Deflektordan çıxan havanı isə rəqəmli termometrlə ölçmək daha yaxşı olar. Çölün havası ilə deflektordan çıxan hava arasında fərq 10 dərəcə və daha çoxdursa, deməli sistem sazdır. 

Nasazlığı göstərən digər vacib amil kondisionerin işləməsi zamanı xoşagəlməz qoxuların yaranmasıdır. Bu qoxu dolmuş salon filtrinə görə yaranırsa, məsələnin həlli 20-30 manat tələb edir. Filtr dəyişməsinə rəğmən iy aradan qalxmırsa, problem daha dərindir. Bu, sistemdə sızma, yaxud avtomobilin nə vaxtsa suya düşməsi kimi ciddi hadisələrin xəbərçisi ola bilər. Sözügedən halların aradan qaldırılması isə böyük xərc tələb edir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
avtosfer.az

1Sources