EN

İran ordusu: ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçid hüququ olmayacaq

ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq.

“Fars” agentliyinin xəbərinə görə, bu barədə Xatəmül-Ənbiya Mərkəzi Qərargahının bəyanatında qeyd olunub.

“Düşmənə bağlı olan gəmilərin Hörmüz boğazından keçməyə hüququ yoxdur və olmayacaq. Digər gəmilər isə İran İslam Respublikasının Silahlı Qüvvələrinin təyin etdiyi qaydalara riayət etməklə əvvəlki kimi boğazdan keçə biləcəklər”,- bəyanatda bildirilib.

Əlavə edilib ki, müharibə başa çatdıqdan sonra da İran Hörmüz boğazına nəzarət üçün daimi bir mexanizm tətbiq edəcək.

Chosen
2
9
aznews.az

10Sources