EN

2-ci sinif testləri müzakirə yaradır - adlar və məntiq sualları tənqid olundu

Bir valideyn sınaq imtahanlarında təqdim olunan sualların məzmunundan narazılıq edib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan testlərdə istifadə olunan adlar və məntiq sualları uşaqların yaş səviyyəsinə uyğun deyil.

Valideyn bildirib ki, imtahan suallarında “Arek, Darek və Marek” kimi Azərbaycan dilinə və mühitinə yad olan adlardan istifadə olunub:

“Bu nə adlardır yazıblar? Azərbaycan bölməsidir, heç olmasa Azərbaycan adları olsun. Bizdə belə adlar yoxdur, uşağın beynini qarışdırırlar.”

Narazılıq doğuran digər suallardan biri isə məntiq tapşırığı ilə bağlı olub. Valideyn qeyd edib ki, İstanbulda bir pişiyin balaları ilə bağlı verilən sual həm mürəkkəb, həm də məntiqsiz sualdır:

“İstanbuldakı bir pişiyin 7 balası var. Erkəklərdən birinin adı Albertdir, dişilərdən birinin adı Stelladır. Stellanın qardaşlarının sayı Albertin qardaşlarının sayından iki dəfə çoxdur. Stellanın neçə bacısı var? Mən susuram.”

Chosen
7
news365.az

1Sources