EN

Şahin Şıxlinski və oğluna hökm oxundu

BAKI, 13 aprel. TELEQRAF

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskiyə növbəti məhkəmə hökmü oxunub.

Teleqraf xəbər verir ki, məhkəmənin qərarı ilə Ş.Şıxlinski 9 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökm də nəzərə alınmaqla, onun qəti cəzası 24 il müddətinə artırılıb.

Hökmdə qeyd olunur ki, Ş.Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli koloniyada çəkəcək. Onun oğlu Mütvəlı Şıxlinski isə 8 il müddətinə ümumi rejimli koloniyada cəza alıb.

Xatırladaq ki, cari ilin mart ayında Ş.Şıxlinski qəsdən adam öldürməyə cəhd və qətl hadisəsində iştirakda təqsirli bilinərək məhkum olunmuşdu.

Chosen
34
1
teleqraf.com

2Sources