EN

Avstraliya ilk dəfə qadını ordu komandanı təyin etdi


Avstraliya tarixində ilk dəfə qadını ordu komandanı vəzifəsinə təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avstraliyanın Baş naziri Entoni Albaneseyə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, Avstraliyanın Baş naziri iyul ayından etibarən ölkə ordusuna ilk qadın - hazırda Birləşmiş Qüvvələrin rəisi vəzifəsini tutan general-leytenant Syuzan Koylun rəhbərlik edəcəyini açıqlayıb.
Avstraliya Baş nazirinin sözlərinə görə, o, Ordu Baş Qərargahı vəzifəsinə başladıqdan sonra general-leytenant Saymon Stüartı əvəz edəcək.
Digər tərəfdən, Avstraliyanın müdafiə naziri Riçard Marles Koylun təyinatını dərin tarixi bir an adlandırıb. O, bu qərarın həm Avstraliya Müdafiə Qüvvələrində xidmət edən qadınlar, həm də gələcəkdə bunu düşünənlər üçün əhəmiyyətli olacağını bildirib.
Chosen
4
3
yeniavaz.com

4Sources