EN

İdman dırmanması üzrə iki yaş kateqoriyasında ölkə birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 12 aprel 2026-cı il — “Climb Baku” İdman Dırmanma Mərkəzində idman dırmanmasının çətinlik növü üzrə iki yaş kateqoriyası üzrə ölkə birinciliyi keçirilib.

“İki sahil” xəbər verir ki, yarış 2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər, eləcə də 2013–2015-ci il təvəllüdlü kiçiklər arasında təşkil olunub. Ümumilikdə yarışda 33 idmançı iştirak edib. Yarış çərçivəsində iştirakçılar təsnifat və final mərhələlərində mübarizə aparıblar.

2010–2012-ci il təvəllüdlü yeniyetmə və gənclər (22 iştirakçı):

Qadınlar arasında:
1-ci yer — Aliyə İbrahimbəyova
2-ci yer — Həvva Yambulatova
3-cü yer — Sofya Boriskina

Kişilər arasında:
1-ci yer — Rəsul Nəsir
2-ci yer — Fərhad Babayev
3-cü yer — Murad İbrahimli

2013–2015-ci il təvəllüdlü kiçiklər (11 iştirakçı):

Qadınlar arasında:
1-ci yer — Fərəhnaz Rəşid
2-ci yer — Eva Burlova
3-cü yer — Roza Dubentsova

Kişilər arasında:
1-ci yer — Vladimir Qolovnya

Yarış Azərbaycan Alpinizm Federasiyası tərəfindən təşkil olunub, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənib.

Final mərhələsinin sonunda qaliblər medal, diplom və müvafiq mükafatlarla təltif olunublar.

Chosen
3
3
ikisahil.az

4Sources