EN

Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib - FOTOLAR

Stolüstü tennis üzrə "Baku Open" turnirinin qalibləri müəyyənləşib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.

Peşəkar idmançılar isə yalnız qoşa yarışlarda - bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar.

"Şüa İdman Kompleksi"ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov ikinci, Vaqif Məmmədov üçüncü yeri tutub.

Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina birinci olub. Onlar finalda Fikrət Paşayev - Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxrü kürsünün üçüncü pilləsinə qalxıblar.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.

"Cebheinfo.az"

Chosen
2
10
cebheinfo.az

10Sources