AZ

Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb

Stolüstü tennisçilərin “Baku Open” turniri başa çatıb. Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstəriblər.

Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, peşəkar idmançılar isə yalnız qoşa yarışlarda – bir peşəkar və bir həvəskar olmaqla mübarizə aparıblar. “Şüa İdman Kompleksi”ndə təşkil olunan turnirin şəxsi yarışları Sergey Vermidin qələbəsi ilə nəticələnib. İlqar Həsənov 2-ci, Vaqif Məmmədov 3-cü yeri tutub.

Qoşa yarışlarda Əli Heydərli ilə Tatyana Aliulina 1-ci olub. Onlar finalda Fikrət Paşayev – Xəyal Həşimli tandeminə qalib gəliblər. Əlixan Əlizadə ilə Hilal Həsənov fəxrü kürsünün 3-cü pilləsinə qalxıb.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplomları və tərəfdaşların mükafatları təqdim olunub.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
0
10
xalqqazeti.az

10Mənbələr