EN

Peter Macar Macarıstan prezidentini istefaya çağırdı

Parlament seçkilərində qələbə qazandıqdan sonra Macarıstanın müxalifət “Tisa” partiyasının lideri Peter Macar prezident Tamaş Şuyok da daxil olmaqla bütün hökumət rəhbərlərini istefa verməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bazar günü axşam Budapeştdə keçirilən mitinqdə çıxış edən Macar baş nazir Viktor Orbanı vəzifəsinin son günlərində heç bir qərar verməməsini istəyib.

"Respublika prezidentini qalib partiyanın siyahısının lideri kimi dərhal məndən hökumət qurmağı xajiş etməyi, sonra vəzifəsini layəqətlə icra etdiyi kimi, onu eyni ləyaqətlə tərk etməyə çağırıram".

O, çağırışlarını davam etdirərək deyib: “Orban hökumətinin son 16 ildə xalqın boynuna taxdığı bütün kuklaları da eyni şeyi etməyə çağırıram".

P.Macar dərhal istefa verməli olan vəzifə sahiblərinin sırasında Ali Məhkəmənin prezidentinin və dövlət media holdinq şirkətinin rəhbərinin də adını çəkib.

O, həmçinin "vəzifəsindən gedən baş nazir”in bu gündən etibarən hökumət başçısı vəzifəsinin müvəqqəti icraçısı statusunda işləməyə və növbəti “Tisa” hökumətinin əl-qolunu bağlaya biləcək heç bir qərar verməməyə çağırıb.

Musavat.com

Chosen
18
musavat.com

1Sources