Aktyor, şair Əlibəy Məmmədli insanları daha çox sosial şəbəkələrdən düzgün istifadə etməməkdə qınayıb.
Adalet.az bildirir ki, o, dünyasını dəyişənlərin fotolarının yayımlanmasını düzgün hal hesab etməyib:
“Artıq insanlar öz doğmalarının ölmündəən belə “ xal” yığa bilirlər. Bu, dəhşətli bir şeydir. Necə ola bilər ki, mən atamın qəbri üstündə fərqli formada dayanım ki, mənim şəklimi çəksinlər. Bu artıq satiradır. Məhrəmiyyət deyilən anlayışı yox saymağa başlayırıq. İnsanlar doğmaları dünyasını dəyişəndə onların fotolarını sosial şəbəkədə paylaşırlar. Hətta üzüntü işarəsi (smayl) də qoyurlar. Bu çox bərbad görüntüdür. Biz kimə nəyi sübut etmək istəyirik? Bu nəyin aclığıdır? Bəzən də düşünürəm ki, bu nəyin hikkəsidir? Çox dəhşətli haldır”.
Əntiqə