EN

ABŞ İran üçün gərgin saatlar: Atəşkəs istənilən an pozula bilər ŞƏRH

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ ilə İran arasında əldə olunan atəşkəsin nə dərəcədə davamlı olacağı sual altındadır. Tərəflər arasında uzun illərdir davam edən gərgin münasibətlər və qarşılıqlı etimadsızlıq fonunda bu razılaşmanın uzunmüddətli olub-olmayacağı əsas müzakirə mövzusuna çevrilib. Atəşkəs qısamüddətli sabitlik yaratsa da, onun davamlılığı birbaşa siyasi iradə və regiondakı proseslərin inkişafından asılı olacaq.Məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli Demokrat.az-a bildirib ki, ABŞ ilə İran arasında əldə olunan atəşkəs genişmiqyaslı müharibənin dayandırılması üçün məcburi fasilə kimi qiymətləndirilməlidir:"40 gün davam edən qarşıdurma tərəflərin birbaşa və ya dolayı şəkildə hərbi potensiallarını ciddi şəkildə sınadıqlarını göstərir və bu, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Belə vəziyyətdə atəşkəsin davamlılığı əvvəlki dövrlərlə müqayisədə daha da mürəkkəb və qeyri-müəyyən xarakter alır.Hörmüz boğazının bağlanması isə məsələyə yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi ölçü qazandırır. Bu su yolu dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi əsas arteriyalardan biridir və onun bağlanması faktiki olaraq beynəlxalq iqtisadi sistemə təzyiq alətinə çevrilir".Deputat deyib ki, İranın bu addımı göstərir ki, Tehran artıq yalnız regional təsir vasitələri ilə kifayətlənmir, qlobal enerji təhlükəsizliyini birbaşa təsir altına ala biləcək alətlərdən istifadə etməyə hazırdır. "Bu isə ABŞ üçün məsələni təkcə siyasi deyil, həm də strateji və iqtisadi təhlükəsizlik məsələsinə çevirir. Belə şəraitdə əldə olunan atəşkəs tərəflərin qarşılıqlı güzəşti deyil, daha çox qarşılıqlı tükənmə və risklərin kritik həddə çatması ilə izah oluna bilər. ABŞ genişmiqyaslı müharibənin Yaxın Şərqdə nəzarətdən çıxaraq daha böyük regional və hətta qlobal münaqişəyə çevrilməsi riskini nəzərə alır. İran isə həm hərbi, həm iqtisadi, həm də daxili sabitlik baxımından uzunmüddətli müharibənin davam etdirilməsinin ağır nəticələrini görür.Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən görüşün nəticəsiz qalması da məhz bu yeni reallığın göstəricisidir. Bu isə o deməkdir ki, atəşkəsin pozulması ehtimalı əvvəlkindən daha yüksəkdir, çünki tərəflər artıq hərbi eskalasiyanın praktik nəticələrini görüblər.Bu reallıqlar fonunda atəşkəsi sabit və uzunmüddətli hesab etmək daha da çətinləşir. Əksinə, bu, genişmiqyaslı müharibədən sonra yaranmış son dərəcə kövrək və riskli pauzadır. Əgər tərəflər arasında yaxın 10 gün ərzində fundamental razılaşma əldə olunmasa, atəşkəs istənilən an pozula və daha ağır nəticələrə səbəb ola bilər", - deyə o bildirib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
demokrat.az

1Sources