EN

Elmi Cərrahiyyə Mərkəzi: Ağacların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 aprel, AZƏRTAC

İnstaqram platformasında “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” Publik Hüquqi Şəxs ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sözügedən mərkəzin mövzu ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olan ağaclardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.

Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilən rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur.

Bundan əlavə, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar da əkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
10
13
azertag.az

10Sources