EN

Azərbaycan yığması Qazaxıstanla üz-üzə

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxacaq.

Fanat.Az-ın  məlumatına görə, Yevgeni Kukseviçin çalışdırdığı kollektiv Qazaxıstanla üz-üzə gələcək.

Oyun Aktaudakı "BS Arena"da baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Təmsilçimiz hər iki matçda qonşu ölkənin komandasına uduzub - 2:4 və 2:5.

Toğrul

Chosen
14
fanat.az

1Sources