Bu gün futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxacaq.
Fanat.Az-ın məlumatına görə, Yevgeni Kukseviçin çalışdırdığı kollektiv Qazaxıstanla üz-üzə gələcək.
Oyun Aktaudakı "BS Arena"da baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə yoldaşlıq görüşləri keçirib. Təmsilçimiz hər iki matçda qonşu ölkənin komandasına uduzub - 2:4 və 2:5.
Toğrul