EN

Sürücülər sığorta şirkətini seçərkən nələrə diqqət etməlidirlər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Sürücülər sığorta şirkəti seçərkən hansı şirkətin daha yaxşı olduğunu bəzən düzgün seçə bilmirlər. Nəticədə sığorta hadisəsi baş verən zaman ya ödənişi ala bilmirlər, ya da çox gec əldə edirlər. Bəs sürücülər düzgün seçim etmək üçün nələrə diqqət etməlidirlər?

Sığorta sahəsi üzrə ekspert İlkin Nəcəfov Banco.az-a bildirib ki, sürücülər şirkəti seçərkən Mərkəzi Bankın saytında və yaxud xəbər saytlarında şikayət indeksinə, orada qırmızı və yaşıl zolağa düşən şirkətlərə baxa bilərlər:

"Daha çox şikayət olunan şirkətlərdənsə, daha az şikayət olunan şirkətlərə üstünlük versinlər. Bundan başqa, bazarda şirkətlər haqqında olan rəy məlumatını, ətraflarında, çevrələrində kim hansı şirkətdən ödəniş alıb, hadisəsi olub razı qalıb, ödəniş vaxtında gecikdirilmədən verilibsə, bunu nəzərə alsınlar".

Ekspert həmçinin bildirib ki, daha intellektual müştərilər isə hər bir sığorta şirkətinin illik məcburi qaydada çap etdiyi xərclər və gəlirlər haqqında illik hesabatına və balans göstəricilərinə baxıb oradan seçim edə bilərlər.

Qeyd edək ki, şirkətlərin şikayət indeksinə linkə keçid edərək baxa bilərsiniz: https://www.cbar.az/page-806/avto-icbari-sigorta-uzr-sikayt-indeksi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
17
banco.az

1Sources