EN

İmişlidə ev yanıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişli, 13 aprel, AZƏRTAC

İmişli şəhər ərazisində fərdi yaşayış evində yanğın baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 12 radələrində İmişli şəhəri, Pənah Həsənov küçəsində qeydə alınıb. Rahilə Quliyevaya məxsus fərdi yaşayış evində başlayan alov qısa müddətdə güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğın Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində ümumi sahəsi 168 kvadratmetr olan bir mərtəbəli 7 otaqlı evin dam örtüyü, 3 otaq və yanar konstruksiyaları yararsız hala düşüb, evin 4 otağı yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir-Aydın Yavərzadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
4
azertag.az

5Sources