EN

"Orada qaliblərin kölgələri altında maskalanmış uğursuzlar qrupu işləyir" - Mourinyu London klubunu "baltaladı"

"Tottenhem"in sabiq baş məşqçisi, hazırda "Benfika"nın "sükanı arxası"nda olan Joze Mourinyu İngiltərə Premyer Liqasının turnir cədvəlində elitadan düşmə zonasında mövqe tutan London təmsilçisinin vəziyyətinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Official Blessing" belə çatdırıb:

"Tottenhem"dən nə gözləyirsiniz ki? Bu klubda finala yüksələn mütəxəssisləri, hətta Avropada titul qazanan məşqçiləri qovurlar. "Tottenhem"də heç vaxt böyük klub mentaliteti olmayıb. Orada qaliblərin kölgələri altında maskalanmış uğursuzlar qrupu işləyir.

Məşqçiləri həmişə dəyişərək qəfil bir sabitlik yaranacağını gözləmək olmaz. Klub tarixinin ən önəmli oyunundan öncə baş məşqçini istefaya göndərirsənsə, onun xələflərinin məğlubiyyətlərinə təəccüblənməli deyilsən. Bəzən problem məşqçilərdə yox, klubun zəhərli mentalitetində və rəhbərliyin şübhəli qərarlarında olur. Xarakter olmayanda istedad heç nəyə yaramır. "Tottenhem"də bunların heç biri yoxdur". 

Xatırladaq ki, Mourinyu 5 il öncə "Mançester Siti" ilə İngiltəırə Liqa Kubokunun final oyunundan bir neçə güm öncə "Tottenhem"dən qovulmuş, paytaxt komandası həlledici qarşılaşmada "şəhərlilər"ə 0:1 hesabı ilə yenilmişdi.

Toğrul

Chosen
6
fanat.az

1Sources