ABŞ Müdafiə Nazirliyi (Pentaqon) əsgərlərini İraqdan çıxarmaq planlarının olmadığını bildirib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.Rayder "Hazırda (geri çəkilmək barədə) hər hansı plandan məlumatım yoxdur. DEAŞ-la mübarizə çərçivəsində yaradılmış Təbii Qərarlılıq Əməliyyatları Birgə Missiya Gücünə (CJTF-OIR) diqqət yetirməyə davam edirik" deyib.
Rayder İraq hökumətinin dəvəti ilə bölgədə olduqlarına diqqət çəkib.
Qeyd edək ki, yanvarda Bağdadda ABŞ-ın hava hücumu nəticəsində İrana yaxın "Həşdi Şabi"yə bağlı şiə milis qüvvələri olan Nuceba Hərəkatının liderlərindən “Əbu Təkva əl-Səidi” adlı şəxsin öldürüldüyü bildirilib.
İraq hökuməti də daha sonra ABŞ rəhbərliyindəki terror təşkilatı DEAŞ
əleyhinə koalisiyanın hücuma görə məsuliyyət daşıdığını bildirib.
İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani yanvarın 5-də verdiyi açıqlamada ABŞ-ın Bağdaddakı "Həşdi Şabi" qərargahına hücumunu pisləyib və deyib: “Hökumət olaraq koalisiya qüvvələrinin mövcudluğuna tamamilə son oymaq üçün ikitərəfli komissiyanın işinə başlamaq prosesindəyik" ifadəsini işlədib.