EN

Sabiq baş mühasibin məhkəməsi BAŞLAYIR

Bu barədə Ajans.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildriilib ki, ibtidai istintaqla Rəşad Babayevin qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2025-cü illər ərzində ona etibar edilmiş külli miqdarda pul vəsaitini tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək öz əmək haqqı hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rəşad Babayevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Chosen
2
28
Ajans.az

10Sources