AZ

Sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlandı

Külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasib barəsində ibtidai istintaq tamamlanıb.

Bu barədə Publika.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergi İdarəsinin sabiq baş mühasibi Rəşad Babayevin qanunsuz əməlləri barədə həmin Xidmətdən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla Rəşad Babayevin qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək 2022-2025-cü illər ərzində ona etibar edilmiş külli miqdarda pul vəsaitini tamah niyyəti ilə rəsmi sənədlərə və informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək öz əmək haqqı hesabına köçürməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Seçilən
0
28
publika.az

10Mənbələr