EN

Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bakıda avtobus dayanacağında şəxsin telefonu, eynəyi və 70 manat pulu oğurlanıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə 20 yanvar ərazisində baş verib. Zərəçəkmişə ümumilikdə 980 manat ziyan dəyib. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Məlum olub ki, o, bundan başqa da oxşar cinayət törədib. Həmin şəxsə Cinayət Məcəlləsinin  177.2.2 (Oğurluq - təkrar törədildikdə), 177.2.3-1 (Oğurluq - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.5 (Oğurluq - zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
qaynarinfo.az

1Sources