EN

Dağıstanda leysandan sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalır

Dağıstanda (Rusiya) subasmalarından sonra 500-dən çox insan müvəqqəti yerləşdirmə məntəqələrində qalmaqdadır.

"Far.Az" xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

"Dağıstanın yeddi yaşayış məntəqəsində 500-dən çox yaşayış evi su basmış vəziyyətdə qalmaqdadır. Müvəqqəti yerləşdirmə məntəqələrində 544 nəfər, o cümlədən 182 uşaq yaşayır", - qeyd olunub.

Dağıstanın zərər çəkmiş rayonlarında bərpa işləri və sanitar təmizləmə davam etdirilir. Dərbənd rayonuna FHN-in Don xilasetmə mərkəzinin 100 xilasedicisi və 30 ədəd texnikası cəlb olunub.

Chosen
19
far.az

1Sources