EN

Rezidentura üçün ərizə qəbulu başlayır

Bakı. Trend:

Rezidentura üçün ərizə qəbulu bu gün başlayır.

Trend Dövlətİmtahan Mərkəzinə istinadən xəbər verir ki, rezidenturaya qəbulimtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsiilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (bazafənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-cicəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsikabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etməküçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanışolmaq mümkündür.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundanistifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dəkMərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi”formasını doldurur və təsdiq edir (etdirir).

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsiplanlaşdırılır.

Chosen
12
23
az.trend.az

1Sources