EN

Dövlət qurumları Xəzərdə birgə monitorinq keçirib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyi yanında Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.

SİA bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, monitorinq çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.

Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələrinə və təhlillərə əsasən suyun fiziki-kimyəvi göstəriciləri, çirklənmə səviyyəsi və ekoloji vəziyyəti qiymətləndiriləcək və nöqsanlar aşkar ediləcəyi təqdirdə təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Chosen
2
12
sia.az

10Sources