AZ

Xəzər dənizində monitorinq və nəzarət tədbirləri keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahildən təxminən 3 km məsafədə yerləşən akvatoriyasında monitorinq tədbirləri həyata keçirilib.
 
Bu barədə ADSEA-dan bildirilib.
 
Tədbir çərçivəsində müasir cihaz və avadanlıqlar vasitəsilə müxtəlif dərinliklərdən su nümunələri götürülüb, suyun ilkin keyfiyyət göstəricliləri yerində yoxlanılıb.
 
Bundan əlavə, Xəzər dənizinə sahil zolağında yerləşən müəssisə və təşkilatlar tərəfindən zərərli təsirlərin qiymətləndirilməsi məqsədilə həmin ərazilərə vizual baxış keçirilib. Həmçinin, dənizdən su nümunələri götürülərək tərkibində çirkləndirici maddələrin miqdarının müəyyən edilməsi üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
 
Analizlərin nəticələrinə və təhlillərə əsasən suyun fiziki-kimyəvi göstəriciləri, çirklənmə səviyyəsi və ekoloji vəziyyəti qiymətləndiriləcək və nöqsanlar aşkar ediləcəyi təqdirdə təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Seçilən
1
12
sitat.info

10Mənbələr