EN

Qana klubunun futbolçusu hücum zamanı həlak oldu

Qananın “Berekum Çelsi” klubunun futbolçusu Dominik Frimponq silahlı hücumun qurbanı olub.

90deqiqe.Az xəbər verir ki, hadisə komandanın səfər oyunundan qayıdarkən baş verib. “Samarteks”lə keçirilən matçdan (0:1) sonra klubun avtobusu yolda silahlı şəxslərin hücumuna məruz qalıb.

Soyğunçuluq məqsədi ilə yolu kəsən hücumçular avtobusa atəş açıblar. Nəticədə 20 yaşlı hücumçu aldığı güllə yarasından həyatını itirib.

Qeyd edək ki, Dominik Frimponq cari mövsümdə 13 oyunda 2 qol vurmuşdu.

Chosen
19
90deqiqe.az

1Sources