EN

Azərbaycanlı FIFA referisi Avropa çempionatında ilk oyununu idarə etdi

Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda debüt edib.

90deqiqe.Az  xəbər verir ki, o, B qrupunda keçirilən Kosovo – Moldova görüşündə baş hakim kimi ədaləti qoruyub. Qarşılaşma Kosovonun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Lütfəliyeva oyun ərzində yalnız bir sarı vərəqə göstərib. O, 26-cı dəqiqədə Moldova millisinin üzvü Olqa Luçanı cəzalandırıb.

Bildirilib ki, referi aprelin 15-də Kosovo – Litva matçında ehtiyat hakim, 18-də isə Moldova – Litva qarşılaşmasında baş hakim olacaq. Digər azərbaycanlı referi Gülnurə Əkbərzadə isə baş hakimin köməkçisi kimi çıxış edəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçirilir.

Chosen
1
2
90deqiqe.az

5Sources