EN

Xalq artisti vəfat etdi

Xalq artisti Maqsud Məmmədov vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.

Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb.

Qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərən Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Chosen
2
26
publika.az

10Sources