EN

Azərbaycanda xarici kapitallı BOKT sayı açıqlanıb

Bakı. Trend:

Bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolukiçik olaraq qalmaqdadır. 2025-ci ilin sonuna olan məlumatlaraəsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 54, kreditittifaqlarının (Kİ) sayı isə 35 olmaqla, ümumilikdə qeyri-bankkredit təşkilatlarının sayı 89 olub.

Trend bubarədə Mərkəzi Banka isitnadən xəbər verir.

Bildirilib ki, bütövlükdə maliyyə sistemində aktivlərinə görəBOKT-lərin bazar payı 2.1% təşkil edib: “4 İl ərzində 4 BOKT və 1kredit ittifaqının (Kİ) lisenziyası ləğv edilib, 1 BOKT-yə isə yenilisenziya verilib. Hazırda fəaliyyətdə olan BOKT-lərin 14-ü xaricikapitallıdır ki, onlardan 11-də xarici kapitalın payı 50%-dənyüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 357 nəfər artaraq3 903 nəfər, filialların sayı isə 7 ədəd azalaraq 297 olub”.

Məlumatda qeyd edilib ki, 2025-ci ildə BOKT sektorununaktivlərinin həcmi artıb: “Ölkədə fəaliyyət göstərən BOKT-lərincəmi aktivləri il ərzində 25% (250 milyon manat) artaraq 1.24milyard manat təşkil edib. Artımın əsas payçısı xalis kreditportfeli olub. Belə ki, il ərzində xalis kredit portfeli 28.8% (206milyon manat) artıb. BOKT-lərin cəmi öhdəlikləri isə il ərzində26.5% (142.4 milyon manat) artaraq 679 milyon manat təşkil edib.Rezident maliyyə institutlarından cəlb edilmiş vəsaitlər ümumiöhdəliklərin artmasına əsas təsir edən amillərdən biri olub”.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources